A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1507196232826133475_1000x669

Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Oktyabrın 5-də Bakı Ali Neft Məktəbində müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.

BANM-dən bildirilib ki, tədbirdə rektor Elmar Qasımov müəllimləri təbrik edib, ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasında rolundan danışıb. O, Prezident İlham Əliyevin cari ilin may ayının 1-də Bakı Ali Neft Məktəbinin yeni və əzəmətli kampusunun açılışında iştirakını qeyd edib. Rektor ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb, BANM-in Azərbaycanın təhsil sistemində qazandığı uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Daha sonra SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilib. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda, çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, onu yüksək qiymətləndiriblər. Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparırlar. “Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır”, – deyə Xoşbəxt Yusifzadə bildirib.

BANM-in ilk məzunlarından biri, “SOCAR Polymer” şirkətinin əməkdaşı Gülnar Hüseynli isə çıxışında doğma müəllimlərinin onun bir kadr kimi yetişməsində sonsuz əməyinin olmasını qürur hissi ilə bildirib.

Sonra təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.

Tədbir konsert proqramı ilə davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>