A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22154214_436853506708554_7296858110072861629_n

Memarlar günü AzMİU-da qeyd olundu

2 oktyabr Memarlar günüdür
AzMİU-nun Memarlıq fakültəsi – gələcəyin qurucuları burda yetişir

2 oktyabr Memarlar günündə peşə bayramını qeyd edən memarlar sırasına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri də qoşulur. Peşə bayramlarını keçirən memarlarla yanaşı, gələcəyin memar və dizaynerlərini yetişdirən bu fakültənin bu gündə öz yeri və payı var. Ölkəmizin adlı-sanlı, öz dəsti-xətti, imzasıyla seçilən tanınmış memarları bir zamanlar məhz AzMİU-nun Memarlıq fakültəsində təhsil alıb, seçdikləri peşənin sirlərinə burda yiyələniblər.
95 yaşlı Memarlıq fakültəsinin yüzlərlə məzununun fədakar əməyinin bəhrəsi olan möhtəşəm tikililər, binalar, obyektlər bu gün təkcə paytaxtımızı deyil, rayon və qəsəbələrimizi bəzəyir, gözümüzü, könlümüzü oxşayır. Gülçöhrə Məmmədova, Elbay Qasımzadə, Nəriman Əliyev, Nərgiz Abdullayeva, Nİzami Nağıyev, Müfətdin Namazov, Rasim Əliyev, Nəriman İmaməliyev, Nazim Vəliyev kimi tanınmış memarları yetişdirən Memarlıq fakültəsində bu gün də gələcəyin qurucuları, memarları hazırlanır. 2 oktyabr Memarlar günü onların da, onları yetişdirən, üzərlərində zəhməti olan müəllimlərin də bayramı, yaddaqalan günüdür.
Bayram günündə xoş sözlər deyər, təbriklər səsləndirirlər. Biz də bu xoş gündə Memarlıq fakültəsinin bütün kollektivini – professor və müəllim heyətini, gələcək memarları-tələbələrimizi təbrik edir, onlara yaradıcılıq uğurları, peşələrində yeni zirvələr fəth etməyi arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>