A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22218387_1875512619178604_9083751092583079650_o

Təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru ilə görüşüb

Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Fransis Qarry ilə görüşüb. Görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib.

Görüşdə Azərbaycan-ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda  təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-in Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzalayıb.

ÜƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən“start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradılacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>