A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
d976f948fdb912cc50a428db60cd9b3c99ab43f4

Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası K.Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb. Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən, K.Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>