A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1506408186_31

Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır – FOTOLAR

 Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən, Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılan Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Yubileyə hazırlaşmaq və yeni dərs ilinə uğurla başlamaq üçün universitetdə hər cür şərait yaradılıb.
Universitetin Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlillinin Xeberle.com-a verdiyi məlumata görə, yay tətili dövründə başlanan əsaslı təmir işləri bütün tədris binalarında aparılıb, laboratoriyalar, tədris otaqları yeni cihaz, avadanlıq və video-kamera ilə təchiz olunub: “Universitetimizdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə olunur. 2017-2018-ci tədris ilində SDU-da tələbə qəbulu planı 85 faizdən artıq yerinə yetirilib, bu da ötən illərlə müqayisədə uğurlu göstəricidir. Əldə olunan nailiyyətlər Sumqayıt şəhərinin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti yarandığı dövrdən günümüzə qədər bir çox beynəlxalq layihələrə imza atmış, xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirmiş, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparılması, beynəlxalq konfrans və konqresdə, təhsil proqramlarında iştirak etməklə tarixi uğurlara imza atmışdır.”
N. Cəlilli qeyd edib ki, yay tətili dövründə başlanan əsaslı təmir işləri universitetin bütün tədris binalarında aparılıb, bütün laboratoriyalar, tədris otaqları yeni cihaz, avadanlıq və video-kamera ilə tam təchiz olunub: ” İqtisadiyyat və idarəetmə fakültəsində 410 saylı auditoriya İqtisadiyyat kafedrasının yeni ixtisaslaşmış otağı kimi yaradılıb, Kimya və biologiya fakültəsində auditoriyalar, laboratoriyalar və dəhliz video kamera ilə təchiz olunub, Filologiya fakültəsinin tədris binasında əsaslı təmir işləri aparılıb və iki kabinet yaradılıb. Fizika və elektroenergetika fakültəsinin kafedralarında fəaliyyət göstərən bütün laboratoriyalar təmir olunub. Yeni yaradılacaq laboratoriyalarda isə təmir işləri davam edir. Elektromexanika kafedrasında bütün laboratoriyalar bu il təmir olunub, iki- Elektrik maşınları və Elektrik aparatları fənləri üzrə yeni, müasir avadanlıqlarla təmin olunmuş stendlər hazırlanıb. Bu iş davam etdirilərək iki laboratoriyada tədris ilinin sonunadək bütün stendlərin yenilənməsi nəzərdə tutulur. Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasında iki, Fizika və onun tədrisi metodikası kafedarsının da iki laboratoriyasında təmir işləri tamamlanmaq üzrədir.
Tarix və coğrafiya fakültəsində yeni tədris ili ilə əlaqədar hazırlıq işləri görülüb, 238 saylı yeni auditoriya, “Vətən tarixi” və “Ümumi tarix” fənn kabinetləri yaradılıb, fakültənin tanıtım video-çarxı hazırlanıb. Eyni mənzərə Mühəndislik fakültəsin də də aparılıb. İnformasiya və kompüter texnikası kafedrasının 205 saylı laboratoriyasında, Proseslərin avtomatlaşdırılması kafedrasının 111 və 113 saylı laboratoriyalarında, fakültəyə aid dəhlizdə, dekanlıqda təmir işləri aparılıb və foyede universitet haqqında məlumat lövhəsi yerləşdirilib. Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, əsaslı təmirdən çıxmış geniş idman zalında da yenidənqurma işləri uğurla aparılıb: “Hazırda universitetin əsas tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində böyük işlər gedir. Bütün auditoriya və laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunub. Universitetin 55 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, iməcliklər davam etdiriləcək.”

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

 Sumqayıt Dövlət Universiteti 55 illik yubileyinə belə hazırlaşır - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>