A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
tehsil-nazirliyi-bina-11500120800

Azərbaycanda 167569 müəllimdən 132 mini qadındır

“Bütün cəmiyyətlərində olduğu kimi, Azərbaydanda da gender streotipləri mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu streotiplər əsasında formalaşır və bu, onların peşə seçiminə təsir göstərir”.

AZEDUPRESS xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini bildirib ki, bu fikri aparılan sorğunun nəticələri də təsdiqləyir: “Aparılan sorğu nəticəsində kişilərin 28,1 faizi, qadınların isə 37,9 faizi hesab edir ki, qızlar kişi peşələrinə yiyələnməli deyil. Sorğunun nəticələri göstərir ki, respondentlərin 50 faizi adətən kişilərin işlədiyi peşələrdə qadınların işləməsinin tərəfdarı deyil. Müzakirələr zamanı respondentlərin əskəriyyəti qadın üçün ən ideal peşənin həkim və müəllimlik olduğunu söyləyirlər. Gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında qızların sayında artım müşahidə edilib.

2016/2017-ci tədris ilində bakalavr pilləsində təhsil alan 146 131 tələbədən 72 302 nəfərini qızlar təşkil edib. Magistratura səviyyəsində 2016/2017-ci tədris ilində təhsil alan 11 444 tələbə arasında qız tələbələr çoxluq təşkil edir – 6217 nəfər. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 1 milyon 473 min nəfər olduğu halda, burada qızların sayı 677 min nəfərdir. 167 min 569 müəllimdən 132 mini isə qadındır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>