A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
21751644_767720280066256_8860403983028213970_n

Azərbaycanlı cərrah dünya miqyaslı sertifikata layiq görüldü

Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Ph.d. Taryel Ömərov “IFSO 2017” (International Federation for the Surgery of Obesity and Metabolic Disorders -IFSO)beynəlxalq elmi konqresdə iştirak edib. Londonda keçirilən, 2 minə yaxın iştirakçısı olan bu tədbirdə dünyanın 100-ə qədər dövlətindən cərrahlar qatılıb.

Taryel Ömərovun sözlərinə görə, “İFSO 2017” dünya konqresində Bariatrik-Metabolik cərrahiyyəsi sahəsi ilə məşğul olan mütəxəssislər iştirak ediblər. Konqres zamanı bu sahəyə aid son elmi nailiyyətlər barəsində məlumat verilib, təcrübə mübadiləsi aparılıb.

T.Ömərov qeyd edir ki, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının uğurlu fəaliyyəti sayəsində artıq azərbaycanlı cərrahları dünyanın çox yerində tanıyırlar: “Son 5 ildə bu yolda apardığımız işlər tanınır. İsətr praktik,istərsə də nəzəri baxımdan fəlaiyyətimiz yüksək qiymətləndirilib. Bu konqresdə IFSO-nun təşəkkür sertifikatına layiq görüldük. Bu, bizim üçün qürurverici bir andır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>