A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
21767807_1479680068806167_1684958838_n

“Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” layihəsi

“Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği məqsədilə təhsil müəssisələri və geniş ictimaiyyət arasında görüşlərin təşkili” adlı layihə çərçivəsində tədbir keçiriləcək. 22 sentyabr tarixində İmişli şəhərində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Çıraq Humanitar və İnkişaf İctimati Birliyinin təşkilatçılığı ilə, “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği məqsədilə təhsil müəssisələri və geniş ictimaiyyət arasında görüşlərin təşkili” adlı layihə çərçivəsində tədbir keçiriləcək. Layihə 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilmiş qrant müsabiqəsinin qaliblərindən biridir. Bildiyimiz kimi, 2016-ci ildə tarixə yazılan “Aprel döyüşləri” baş vermişdir. Döyüşlərdə vətənin keşiyində duran övladlarımız əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Layihədə də Aprel döyüşləri zamanı Azərbaycan ordusunun qüdrəti və igid oğullarının qəhramanlığından bəhs edilir. “Aprel döyüşləri” igidlərimizin tarix yazdığı bir döyüşdür. Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək. Aprel döyüşləri haqqında hər kəsi məlumatlandırmaq biz vətəndaşların borcudur. Biz istəyirik ki, ölkəmizin hər bir vətəndaşı, yəni əhalinin bütün yaş qrupu Aprel döyüşləri haqqında, igidlərimizin qəhramanlığı haqqında məlumata sahib olsun. Məlumata sahib olmaqla yanaşı onlar bu informasiyanı gələcək nəsillərə, beynəlxalq arenalara ötürə bilsinlər. Baş verən Aprel döyüşləri Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar. Ordumuzun aprel qələbəsi bizi geriyə baxmağımıza, torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa vadar etdi. Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimiz şəhid olmağa hazırıq. Aprel qələbəsinin qəhrəmanları çoxdur. Vətən yolunda canlarından keçən şəhidləri isə bir evin yox, həm də bir elin övladıdır. Ona görə də bu qəhrəmanlar təbliğ olunmalıdır. Onların məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>