A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
21686243_1630379073689640_543163282696228633_n

Azərbaycan Turizm və Menecment Universitetinə yeni təyin olunan rektor kollektivə təqdim olunub

Sentyabrın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə İlham Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru təyin olunub. ATMU-da keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev yeni rektoru kollektivə təqdim edərək ona uğurlar arzulayıb.

Vaqif Əliyev diqqətə çatdırıb ki, İlham Mədətov Gənclər və İdman Nazirliyində çalışaraq ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, bir sıra beynəlxalq yarışların, tədbirlərin təşkil olunmasında yaxından iştirak edib. O, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü, 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunları, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunları və 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri olub. Nazirin birinci müavini İlham Mədətovun ATMU-nun rektoru vəzifəsində də uğurlu fəaliyyət göstərəcəyinə ümid etdiyini deyib.

Vaqif Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin ölkəmizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesinin inkişafı ilə bağlı atılan addımlar ölkəmizə gələn turistlərin də sayının artmasına müsbət təsir göstərib. Ölkəmizdə mövcud olan turizm obyektlərində turistlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün savadlı yerli kadrlara ehtiyac var.

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan ATMU ötən illər ərzində bu istiqamətdə nailiyyətlər əldə edib. Ali məktəbin Avstriyanın İMC Krems Universiteti ilə ikili diplom proqramı, eləcə də tələbələr üçün turizm sənayesi inkişaf etmiş ölkələrdə təcrübə keçmək imkanının yaradılması təhsilin inkişafına təkan verir. ATMU-nun məzunları ölkəmizin turizm sənayesi ilə yanaşı bir sıra xarici ölkələrdə də çalışırlar.

Vaqif Əliyev ATMU-nun gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olduğunu qeyd edərək kollektivə yeni tədris ilində uğurlar arzu edib.

Daha sonra çıxış edən İlham Mədətov ona göstərilən böyük etimada ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra öz fəaliyyətini bu ali məktəbin daha da inkişaf etməsinə həsr edəcək.

21544035_1630379067022974_1759709416518270079_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>