A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
4069557861492765021

Dünyanın ən yaxşı 1102 universiteti – Azərbaycanın adı siyahıda yoxdur

Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıb.

AZEDUPRESS-in məlumatına görə, “Times Higher Education (THE)” jurnalı tərəfindən hazırlanan və 1102 universitetin yer aldığı siyahının zirvəsində “Oksford Universiteti” yer alıb.

2-ci yerdə “Kembric Universiteti”, 3-cü yerdə isə “Kaliforniya Texnologiya Universiteti” qərarlaşıb.

Elmi araşdırmalar, beynəlxalq əlaqələr, maddi göstəricilər və təhsil səviyyəsi əsasında hazırlanan siyahının ilk 10-luğunda aşağıdakı universitetlər var:

1. “Oksford Universiteti” (İngiltərə)

2. “Kembric Universiteti” (İngiltərə)

3. “Kaliforniya Texnologiya Universiteti” (ABŞ)

4. “Stenfor Universiteti” (ABŞ)

5. “Massaçesets Texnologiya Universiteti” (ABŞ)

6. “Harvard Universiteti” (ABŞ)

7. “Prinseton Universiteti” (ABŞ)

8. “London İmperial Kolleci” (ABŞ)

9. “Çikaqo Universiteti” (ABŞ)

10. “Sürix Federal Texnologiya Universiteti” (İsveçrə)

Qeyd edək ki, Azərbaycandan heç bir universitetin yer almadığı siyahıda qonşularımızdan – Türkiyədən 5, Gürcüstandan 1, Rusiyadan 25, İrandan isə 19 universitet ən yaxşılar arasında qərarlaşıb. Ermənistanın da heç bir universiteti siyahıya daxil ola bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>