A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
949e262a33f23ecfe32941c3e2b4c89e

5000-ə yaxın müəllimin əməkhaqqı artacaq – RƏSMİ

“Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”.

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov  deyib.

 

E. Bağırov deyib ki, bu təklif Təhsil Nazirliyi tərəfindən verilib: “Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq respublika müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi keçirilir. Dövlət başçısının 2015-ci il 16 yanvar tarixli müvafiq sərəncamı ilə də dövlət ümumtəhsil müəssisələrində çalışan və diaqnostikadan keçən müəllimlərin əməkhaqqısı artırılıb. Bundan sonra qiymətləndirilmədən keçməyən rayonlarda işləyən müəllimlər də qiymətləndirməyə cəlb edilib və cari ildə ölkədə çalışan bütün müəllimlər qiymətləndirilmədən keçib. Hər il tədris ilinin sonunda Nazirlik tərəfindən müəllimlərin mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə işə qəbulu təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin də əməkhaqqısının yeni standartlarla ödənilməsi məqsədi ilə Təhsil Nazirliyi təklif irəli sürmüşdü, təklif də nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və Prezident İlham Əliyev tərəfindən dünən imzalanıb.  Sərəncama əsasən, bu il müsabiqə yolu ilə qəbul edilmiş 5000-ə yaxın müəllimin 2018-ci ilin yanvar ayından əməkhaqları yeni qaydalara əsasən artımla ödəniləcək. Onların əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə olunacaq”.

 

E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni olduğundan bu təklifi irəli sürüblər: “Diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin  test mərhələsinin məzmunu demək olar ki, eynidir. Ciddi fərqlənmir. Sərəncamdan irəli gələn məsələ odur ki, bu il işə qəbul edilən müəllimlərlə diaqnostikadan keçmiş müəllimlər bərabər tutulsun və həmin müəllimlərin əməkhaqqısı artımla ödənilsin”.

 

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ləğv edilmir: “Bu, diaqnostik qiymətləndirmənin ləğvi kimi anlaşılmır. Qiymətləndirmədən  keçməyən müəllimlər var. Əvvəlki illərdə keçirilən  qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyənlər üçün də yeni tədris ili ərzində diaqnostika keçiriləcək. Həmin müəllimlərin də sayı respublika üzrə ümumi müəllim sayının 2-3 faizini təşkil edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>