A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
20614572_1617075801670026_1676282589_n

700 bal toplayan abituriyentlər niyə Bakı Ali Neft Məktəbini seçdi?

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb. Onlardan 7 nəfər I qrup üzrə ən yüksək bal toplayıb. Seçim üstünlüyü verilən isə Bakı Ali Neft Məktəbi (BANM) olub. Belə ki 700 bal toplayan 6 gənc məhz BANM-in ixtisaslarını seçib. Bunun səbəbini onlar BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə açıqlayıblar.

 

           Qabil Əliyev (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi):

“BANM tələbələrə geniş imkanlar yaradan və yaxşı təhsil verən az saylı universitetlərdən biridir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da həm ən perspektivli ixtisaslardan biridir, həm də özümə yaxın gördüyüm sahədir. Məhz buna görə də seçimim Bakı Ali Neft Məktəbi oldu”.

 

            Xalidə Əliyeva (Bakı, 220 saylı məktəb):

“Məktəbdə ən sevdiyim fənn fizika idi və buna görə də 1- ci ixtisas qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada olduğunu düşünürəm. Seçdiyim ixtisas isə fizika ilə çox əlaqəlidir”.

 

           Vahab Cəbrayılov (İsmayıllı rayonu, Lahın qəsəbə tam orta məktəbi):

“Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində öz sözünü qısa bir müddətdə demiş Ali Məktəbinə inanırdım və imtahandan öncəki məqsədim də elə bu idi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağım səbəbindən son qərarım kimi bu ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda deyil, dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu sahədə ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam”.

 

            Mahirə Əsədzadə (Bakı, 162 saylı məktəb):

“BANM tələbələr üçün böyük şanslar verir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdur”.

 

           Elmir Əhmədov (Bakı, Akademik Zərifə Əliyeva adına lisey):

“Elmin texniki tərəqqi dövründə avtomatlaşdırmanın nə qədər perspektivli sahə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəmizin iqtisadiyyatının və nüfuzunun güclənməsi prosesində iştirak etmək həvəsi həmişə mənimlə olub. Niyə mən məhz BANM-i seçdim? Çünki Bakı Ali Neft Məktəbi tələbələr üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir”.

 

          Abdulla Əsgərzadə (Gəncə, İstək liseyi):

 

“Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>