A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
5

AzMİU-nun Tələbə Gənclər Təşkilatının xanım sədri: ” Tələbələrin TGT-lərdən narazılığı haqqlıdır, məqsəd əslində fərqli olmalıdır” – MÜSAHİBƏ

Azedupress.com saytının və “Azərbaycan Universitetləri” tələbələrlə müsahibəsi davam edir. Bu dəfə qonağımız Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənovadır. O bizə tələbəliyindən və sədri olduğu təşkilatdan danışır:

2

– İlahə xanım daha yaxından tanıyaq sizi.

İlahə Həsənova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin artıq 2-ci kurs tələbəsi və eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyyətinin sədri. 25 yaş

TGT əslində necə olmalıdır? Bilirsiz ki, tələbələr son zamanlar universitetlərdəki TGT-lərin səlahiyyətlərindən narazıdır.

Bəli tələbələrin narazılığına şahid olmuşam və bu biraz xoş hal deyil. Zənnimcə TGT tam unikal olmalıdır. TGT Ulu Öndərin biz gənclərə miras qoyduğu “Gənclər Siyasətini” tələbə və gənclər arasında düzgün şəkildə təbliğ etməli, Vətənə və təhsilə marağı artırmalı, tələbə və gənclərin asudə vaxtlarını düzgün və eyni zamanda yararlı şəkildə keçirmələrini təmin etməlidir. TGT öz yardım əlini bütün yardıma ehtiyac duyan tələbələrə və gənclərə (sərhəd çərçivəsində) uzatmalıdır. 

3

Təhsiliniz haqda danışaq. Nə zaman qəbul olunmusuz AzMİU-ya?

AzMİU yeniyetmə arzum olub. Və şükr Allaha ki, illər sonra da olsa bu arzumu gerçəkləşdirə bilmişəm. 2016-cı ildə qəbul olmuşam və hər AzMİU-ya addım atdığım gün bunun üçün şükr edirəm.

Qurucu yönümlü universitetin tələbəsi olmaq nə deməkdir? Fərqli və üstün kefiyyətləri?

Bilirsiniz insan var ki, sırf universitetə qəbul olum deyə qəbul olur. Onun üçün fərq etmir hansı yönümlü universitet olursa olsun, təki olsun. Amma mən sırf sənətinin mütəxəssisi olmaq üçün oxuyuram və olduqca fərəh verici hissdir.

1

Necə düşünürsüz idarəçilik qabiliyyətiniz yaxşıdır mı?

Bunu məndən çox ətrafım daha yaxşı deyər zənnimcə. Amma yaxşı olduğumu düşünürəm. (gülümsəyir)

Yəqin ki TGT sədri olanda bəziləri paxıllıqla yanaşıblar, kimlərsə ayağınızın altını qazmaq istəyib. Sonra necə olub?

Belə bir deyim var : Əgər arxanızdan danışılırsa deməli öndəsiniz! Yəni mən çalışmışam ki, hər bir məsələdə mümkün qədər sakit qalam. Çünki uğura gedən yolda rast gəldiyin maneələr səni özündən tez çıxararsa sadəcə məğlub olarsan. Və bir yaxşı deyim də var : Ayağımın altına daş qoyan kəslərə minnətdaram, çünki o daşlardan pilləkən düzəldib qalxa bilirəm. ( yenə gülümsəyir). Çox şükür, hər şey əladır hal hazırda

Həyatınızdan nə qədər razısınız?

Allahın mənə bəxş etdiyi və bəxş etmədiyi hər şeydən razıyam. Bu yaxınlarda fikirlərinə hörmət etdiyim bir həmcinsimlə bu barədə söhbət etdik. Və olduqca gözəl bir nəticəyə gəldik : Allahın bizə bəxş etmədiyi hər şey deyən zaman əslində maşın, pul və ya bahalı zinyət əşyalarını nəzərdə tutmuruq. Əslində Allahın bizə vermədiyi xəstəliklər, uğursuzluqlar və s… kimi narahatlıqları nəzərdə tuturuq. Əgər sağlam can və sağlam ağıl sahibiyiksə qalan hər bir şeyi əldə edəcək gücə sahibik deməkdir.

4

AzMİU-nu seçmək istəyən abituriyentlərə nə sözünüz var?

AzMİU-nu seçmək istəyən abituriyentlərlə bizim “Açıq Qapı” günümüz oldu bu yaxınlarda. Və o zaman da Memarlıq fakültəsinin hörmətli dekanı Zahidə xanım Məmmədova abituriyentlərlə fikirlərimi bölüşmək üçün söz haqqı tanıdı mənə : O zaman da dediyim kimi AzMİU-da və əsasən də Memarlıqda oxumaq xüsusi bacarıq tələb edir. Və sözün əsl mənasında düzgün şəkildə təhsil almaq istəyən abituriyentlərə qapımız hər zaman açıqdır.

Sədrliyin xüsusi bir önəmi var sizin üçün?

İnsani keyfiyyətlərin və düzgün yolun olduqdan sonra inanın ki , insan hər bir nəaliyyəti əldə edə bilər. Önəmi var, çünki işimi sevirəm.

Bəlkə qazandığınız uğurlar barədə danışaq? 

Həyatda qazandığım ən böyük uğurum iki övladımdır.

6

AzMİU tələbələri TGT-nin uğurları barədə oxumaq istəyəcək. Yaxşısıdır budur ki, danışın. 

AzMİU TGT qazanacağı uğurlar hələ irəlidədir, İnşaAllah. Hələ yolun başındayıq. Amma əminəm ki, az müddətdə də olsa artıq müəyyən qədər yer tuta bilmişik. Və bunu tək başına yox, gözəl kollektiv və ən əsası bizə dəstək olan Rəhbərliyimiz sayəsində bacarırıq.

Elə bir komanda uğuru varmı ki, onun sevincini hələ də unuda bilmirsiniz? 

Bəli var. Amma irəli zamandalarda daha çox olacağına inanıram.

Gənc lider kimi özünüzə kimi nümunə sayırsınız?

Körpəlikdən özümə yeganə insanı nümunə görmüşəm. Və sonucu nə olursa olsun heç zaman dəyişməyəcək bu fikrim. İdaelım yeganə insan Ulu Öndər Heydər Əliyevdir. Bəlkə də çoxları düşünəcək ki, bu gün burdayam deyə belə danışıram. Amma qətiyyən, məni həqiqətən tanıyan kəslər nə dərəcədə Heydər Əliyev vurğunu olduğumu bilirlər.

Fikrinizcə, Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə gənclərin aktivliyi və şəxsi inkişafı üçün kifayət qədər şərait yaradılıbmı?

Əlbəttə. Sözün əsl mənasında başda hörmətli Gülçöhrə xanım Məmmədova olmaqla bütün rəhbərlik bizə hər cür şərait yaradıblar. Buna görə hər birinə xüsusi minnətdarıq.

Gələcək üçün layihələriniz yəqin ki çoxdur. Onlardan da danışaq və yekunlaşdıraq.

Öncədən danışmağı sevmirəm. Əlbəttə ki, laihələr və fikirlərimiz çoxdur. İnşaAllah hər birindən ilk sizin xəbəriniz olacaq. Amma zamanında.

Sonda tələbələrə və səhifəyə sözünüz..

“Azərbaycan Universitetləri” səhifəsinə və eyni zamanda admin Zöhrab Süleymana təşəkkürümü bildirirəm, dəyər verdiyiniz üçün. Respublika səviyyəsində olan səhifəyə müsahibə vermək böyük şərəf hissidir. Çox xoş oldu sizinlə keçən zaman. Tələbələrə isə sözüm : İnanın ki, istər şəffaf təhsili, istər gələcəyimizi qazana bilmək, istərsə də işimizdə mütəxəssis ola bilmək öz əlimizdədir. Və insanın istəyib də edə bilməyəcəyi heçnə yoxdur. Yetər ki, istəyək, çalışaq və ən əsası düzgün və vicdanlı olaq. Hər kəsə uğurlar. Və bir daha təşəkkürlər!

 

Təşəkkür edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>