A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
20155988_1744707738902727_7400722545708108372_n

AzTU-nu bitirən mühəndislər işə qəbul üçün imtahan verdilər

İyulun 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ”Schlumberger” Neft və Qaz şirkətinin nümayəndələri təmsil etdikləri şirkətə işə qəbul üçün məzunlar arasında müsabiqə keçirib. Müsabiqənin I mərhələsində mühəndis kadrlar məntiq, riyaziyyat və mexanikadan təşkil olunan test suallarını cavablandırıblar.
Biliyini sınayanlar AzTU-nun ”Elektrik mühəndisliyi”, ”Elektroenergetika mühəndisliyi”, ”Enerji maşınqayırması mühəndisliyi”, ”Maşın mühəndisliyi”, ”Mexanika mühəndisliyi”, ”Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” və ”Radiotexnika və rabitə” ixtisaslarını bitirən 36 məzun olub.
Müsabiqənin I mərhələsindən müəfəqiyyətlə keçənlər II mərhələdə ”Schlumberger” Neft və Qaz şirkətində müsahibəyə cəlb olunacaqlar.
Qeyd edək ki, ”Schlumberger” Neft və Qaz şirkəti dünyanın 85 ölkəsində fəaliyyət göstərir və neft, qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkətlərdən biridi. Əsasən qazma və hasilat problemlərinin həllində iri korperativlərlə əməkdaşlıq edən şirkətdə yüksəkixtisaslı gənc mütəxəssislərə böyük ehtiyacı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>