A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1489075252zilljpg

“Tələbə oğlum dünyasını dəyişib, anası ondan sonra xəstə yatır, bu adam ailəni məhv edib” – 6 tələbənin ölümünə səbəb olan sürücünün MƏHKƏMƏSİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZEDUPRESS-in APA- ya istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs İbrahim Quliyevin hüquqi varisi Vüqar Quliyev ifadə verib. O bildirib ki, oğlunun qəzaya düşməsini sonradan eşidib:

“Sonra mən xəstəxanaya getdim və oğlum dünyasını dəyişmişdi. Bu adam ailəni məhv edib. Mən kasıbçılıqla uşaq böyütmüşəm, anası bu dəqiqə də xəstə yatır”.

Daha sonra qəza baş verən zaman mikroavtobusda olan zərərçəkmiş tələbələr ifadə veriblər.

Amani Abbas deyib ki, hadisə N. Hüseynovun sürət həddinin aşması nəticəsində baş verib. O, hadisə nəticəsində xəsarət aldığını deyib:

“Namiq yandan keçən yaşıl “Ford”u ötməyə çalışırdı. Mikroavtobusu yüksək sürətlə idarə edirdi. Qəza həmin vaxt baş verib. Ona çox vaxt deyirdik ki, mikroavtobusu yavaş sürsün, ancaq o, bizi eşitmirdi. Şikayətim odur ki, bu adama qanun çərçivəsində cəza verilsin”.

Aytən Cəfərova da N. Hüseynovun avtomobili yüksək sürətlə idarə etdiyini deyib.

Digər tələbə Emil Həmidov deyib ki, N. Hüseynov digər mikroavtobuslarla vaxt məsələsində bəhsə girdiyi üçün mikroavtobusu sürətlə idarə edib.

Sonra vəkil Şirin Atayevlə təqsirləndirilən arasında mübahisə baş verib. N. Hüseynov vəkilindən imtina etdiyini deyib: “Bu necə vəkildir ki, məni müdafiə adı ilə gəlib, amma prosesdə yatır”.

Vəkil Ş. Atayev isə iclas zamanı yatmadığını deyib: “Sənin sükan arxasında yatdığın kimi yatmışam yəqin. Məndən imtina etmək istəyirsənsə, məhkəməyə müraciət elə. Heç mənim də səni müdafiə etmək fikrim yoxdur”.

Ş. Atayev N. Hüseynovdan imtina etdiyini deyib. Hakim N. Kərimov isə ona belə bir hüququ olmadığını xatırladıb.
Proses davam edir.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>