A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
19642530_1525111060874376_4277040516484776916_n

Sumqayıt Dövlət Universitetində Məzun günü keçirildi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir. Bir vaxt çılğın, bəzən də kövrək uşaq şıltaqlığı ilə gəncliyin astanasına qədəm qoyan tələbələr indi ali məktəbi başa vururlar. Tələbəlik illərinin acılı – şirinli anları artıq geridə qalır. İlboyu imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu kimidir.
İyunun 30 –da Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola saldı.
Rektor professor Elxan Hüseynov, universitetin tələbə-müəllim heyəti ilə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. Rektor professor Elxan Hüseynov bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirdi. Sumqayıt Dövlət Universitetinin ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələr və respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verdi. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, qeyd etdi ki, bu gün məzunlarımız Azərbaycan elminin inkişafına və çiçəklənməsinə töhfələr verirlər. Rektor Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan , imzaladığı sənədlərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhz Prezident cənab İlham Əliyevin qayğısı və dəstəyi sayəsində Azərbaycan təhsili dünya təhsil sisteminə sürətlə inteqrasiya olundu. Cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hər bir sahədə olduğu kimi təhsil sahəsində də uğurlara imza atıldı. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramlarının uğurla gerçəkləşməsi, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Rektor onu da diqqətə çatdırdı ki, son illərdə gənclər siyasətinə xüsusi diqqət yetirilir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir aparıcı qüvvədir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Prezident cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu istiqamətdə hər cür şərait yaratmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir. Məzunları bir daha təbrik edən rektor onlara təhsil aldıqları ali məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə etdi və universitetin qapısının hər zaman üzlərinə açıq olduğunu bildirdi.
Tələbələrin ifasında universitetin marşı səsləndi.
Universitetin professoru əməkdar müəllim Həsən Sadıqov universitetin kollektivini və məzunları təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Keçmiş məzunumuz Sumqayıt şəhər Corat qəsəbə bələdiyyəsinin sədri Cəmil Quliyev, valideynlər adından Lerik icra nümayəndəsi Əflatun Bayramov və başqaları məzun günü və doğma universitetin 55 illik yubileyi münasibətilə təbrik etdilər, xoş arzularını bildirdilər. Məzunlar adından Tarix və coğrafiya fakültəsinin məzunu İbrahim Zeynallı ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışdı və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin adını həmişə uca tutacaqlarına söz verdi.
Sonra təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara Fəxri Fərman və xatirə hədiyyələri təqdim edildi. Rektor professor Elxan Hüseynov İqtisadiyyat və idarəetmə fakültəsinin məzun magistrantı Samir Çıraqova fərqlənmə diplomunu təqdim etdi, onun gələcəkdə universitetdə işlə təmin olunacağını qeyd etdi.
Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivi ilə yanaşı tanınmış incəsənət xadimləri, Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Rühəngiz Allahverdiyeva, aşıq Samirə və başqaları ifaları ilə məzunları təbrik etdilər.

19510372_1525110900874392_1423981946233382872_n 19511035_1525110874207728_3626013542885336444_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>