A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
19510653_1053525964783636_2494601255533952211_n

Bakı Biznes Universitetində Məzun günü keçirildi

30 iyun 2017-ci il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2017” proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Həmçinin,2016/2017-ci tədris ili müddətində Avropa Şurasının Erasmus+ proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktoranta , Avropanın aparıcı universitetlərində təhsil alacaq magistr və bakalavrlara dəvət məktubları təqdim edilmişdir.
Eyni zamanda Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada iştirak edən tələbələr və məzunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən təqdim edilən iş yerləri ilə maraqlanmış, müvafiq sənədləri təqdim etmişlər. Yarmarkada Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 70-ə yaxın müəssisədən 39-u qeyri-dövlət,digərlərini isə dövlət müəssisələri təşkil edir.Ümumilikdə tədbirdə iştirak edən müəsissələr tərəfindən 202-dən artıq boş iş yeri təqdim edilmişdir.Təqdim olunan boş iş yerlərinin 111-ni qeyri-dövlət müəssisələri,digərlərini isə dövlət muəssisələri təşkil edir.Təqdim olunan vakant iş yerlərində maksimum əmək haqqı-1500 manat,minumum əmək haqqı isə -190 manat təşkil edir.
Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konsert proqramı olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>