A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
unnamed_(1)1498733740

Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirildi

Bu gün Qərb Universitetində “Hədəf kursları” MMC ilə birgə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib.
Tədbirdə Türkiyənin İstinye Universitetinin İnsan Resursları direktoru Eda Ustanın, İstinye Universitetinin rektor yardımçısı Göksel Aşanın, “Hədəf kursları” MMC-nin baş direktoru Şəmil Sadiqin, “Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, “Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin çıxışları dinlənilib.

Seminarda tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi” mövzularında təqdimatlar ediblər.

Abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>