A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
3333-822x512

Gənc dənizçilər magistr təhsili almaq üçün İsveçə yollanıblar

Bir müddət əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elan etdiyi müsabiqədən uğurla keçən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) iki məzunu artıq İsveçin Malmö şəhərindərir.

Belə ki, ADDA-nın “menecment” ixtisası üzrə məzunu Nərminə Cabbarova və “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzunu Aqşin Muxtarov artıq ingilis dili dərslərinə başlayıblar. Üç aylıq kurslardan sonra tələbələr Dünya Dənizçilik Universitetində (World Maritime University) müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan  “Dəniz daşımalarının idarə olunması və logistika” ixtisası üzrə magistr təhsili alacaqlar.

Gənclərimiz 14 aylıq təhsil müddətində Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsində təcrübələri ilə  də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tələbələrin bütün təhsil  xərclərini  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyəcək. Təhsilini bitirdikdən sonra isə hər iki gənc  beş il  Gəmiçilikdə işləmək  öhdəliyi götürüb.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis olunan Təqaüd Proqramı da belə addımlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>