A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
y1496923741

“Hazırlıq qruplarına qəbul test imtahanlarında abituriyentlərinin əldə etdiyi nəticə əsasında aparılacaq” – MÜSAHİBƏ

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli ilə müsahibəni
– Dünən Sizin rəhbərlik etdiyiniz Komitədə “Təhsil haqqında” Qanununa edilmiş  dəyişikliklərin əsas mahiyyəti nədən ibarət olacaq?

– Elm və Təhsil Komitəsində “Təhsil haqqında” Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə  bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur.

Azərbaycan ali təhsil sistemində  bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcək. Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən o qədər də reytinqi olmayan ali məktəblərə axınının  qarşısını alacaq. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq.

Çünki tələbələrimiz ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə  vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin  maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək.

Ən əsası isə ondan ibarətdir ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaq. Bu, birinci kursda  yüksək balla qəbul olan tələbə  ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaq.

Hazırlıq qruplarına tələbələrin cəlb olunması gənc nəslin təhsildən kənarda qalaraq zərərli meyllərə maraq göstərməsinin də qarşısının alınmasına xidmət edir.

Həmçinin bu addım gənclərin xarici ölkələrin bizə yad olan ideoloji təsirlərindən qorunmasına da kömək edəcək.

– İsa müəllim, hazırlıq qruplarında tələbə qəbuluna şəffaflıq təmin ediləcəkmi?

– “Təhsil” qanununa təklif edilən dəyişikliyə görə ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaq. Tutaq ki, abituriyent qəbul imtahanı zamanı 300-400 arası bal toplamış, lakin seçdiyi ixtisasa görə müsabiqədən keçə bilməyib. Dövlət ali məktəblərin humanitar fakültələrində, xarici dil ixtisaslarında, informatika ixtisasında, ADA Univesitetində, Ali Neft  məktəbində belə hallar kifayət qədərdi.  Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı.

Hazrlıq qruplarına tələbə  qəbulunun  test üsulu üzrə  imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək. Kütləvi informasiya agentliklərində hazırlıq qruplarına tələbə qəbulunun imtahansız olacağı barədə yayılan məlumatlar əsassızdı. Təklif olunan dəyişiklikdə “Təhsil” Qanununun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması öz əksini tapıb. Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.

– Bəs hazırlıq qruplarında təhsilin səviyyəsi haqqında nə deyə bilərsiniz?

– Edilmiş dəyişikliyə əsasən hazırlıq qruplarında təhsilin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir. Yəni Thsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının  olmasını təmin etməlidir.Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür.

Bildiyiniz kimi, hazırlıq qrupları ali məktəb sistemində yeni hadisə deyildir. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>