A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
59059c495488f

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən rəsm sərgisində tələbələrin faciə haqqında çəkdiyi rəsmlər nümayiş olunub. Sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ADNSU tələbələrinin 30 aprel haqqında hazırladığı qısa film təqdim olunub.

30 aprel hadisələrinin hər kəsin qəlbində dərin iz buraxdığını deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı hadisə qurbanlarının xatirəsinin daim əziz tutulacağını bildirib. Terrordan heç bir dövlətin sığortalanmadığını söyləyən rektor M.Babanlı belə bir hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib: “Həmin gün həlak olan insanlar həmişə Azərbaycanı güclü görməyi arzulayıblar. Biz də universitet olaraq əlimizdən gələni edib ölkəmizin inkişafına töhfəmizi verərək onların ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik”.

Sonra tədbir iştirakçıları faciə qurbanları haqqında xatirələrini bölüşüblər.

59059c8a4da23 59059c8f7e70f

59059c4f335ac 59059c6b98513

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>