A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
Britaniyalı rejissor və ssenarist ADMİU (2)

Britaniyalı rejissor və ssenarist ADMİU-da ustad dərsi keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə III “British Film Spring” festivalı çərçivəsində britaniyalı rejissor, “Yetkinlik Həyatının Bacarıqları” filminin ssenari müəllifi Paul Fraser ustad dərsi keçib.

Tədbirdə mütəxəssis Paul Fraser tələbələr ilə bilik və təcrübələrini paylaşaraq, peşəkar bacarıqlarının gücləndirilməsi, onlar üçün yeni olan iş üsullarının öyrənilməsi yollarını və yaradıcılığı haqqında ətraflı məlumat verib. Universitetin “SABAH” qrupu və Kino və televiziya fakültəsinin tələbələri rejissorun müəllifi olduğu qısametrajlı filmlərə baxıb, müzakirələr aparıblar.

Qeyd edək ki, Paul Fraser  karyerasına ssenarist kimi başlasa da, fəaliyyətini rejissorluq ixtisası üzrə davam etdirir. Yüzə yaxın reklam və doqquz bədii filmin müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>