A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
18118799_1559579287400140_4738933849935527064_n

DİM-ə ən çox verilən “2 imtahandan hansının nəticəsi ilə müsabiqədə iştirak edə bilərik?” sualına RƏSMİ CAVAB

Hər iki qəbul imtahanında iştirak edən abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Təbii ki, bu zaman abituriyentlər hansı imtahanda daha çox bal toplayıblarsa, müsabiqədə həmin bal əsasında iştirak etmək istəyəcəklər. Ancaq belə bir hal da ola bilər ki, tutaq ki, abituriyent birinci imtahanda 350 bal toplayıb və bütün fənlər üzrə nisbi bal məhdudiyyətini (minimal 10 bal) ödəyib. İkinci imtahanda isə 370 bal toplayıb,lakin hər hansı bir fəndən nisbi bal məhdudiyyətini ödəməyib. Belə olan halda abituriyent birinci imtahanda topladığı balla (350 bal) dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilir, ikinci imtahanda topladığı balla isə (370 bal) dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilmir. Bu halda abituriyent seçimini özü edir. Ya birinci imtahanda topladığı balla həm dövlət sifarişli,həm də ödənişli əsaslarla olan ixtisasların müsabiqəsində iştirak edir, ya da müsabiqədə daha yüksək balla iştirak etmək istəyərək ikinci imtahanın nəticəsi əsasında yalnız ödənişli yerlərin müsabiqəsində iştirak edir. Beləliklə, bütün bu kimi hallar nəzərə alınaraq seçim etmək abituriyentin öz ixtiyarına buraxılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>