A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: İyun 2018

Abituriyentlərin nəzərinə! – Qəbul imtahanlarına qeydiyyat başa çatır

sinaq

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün elektron qeydiyyat sabah başa çatacaq. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 51.225 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 47.038 nəfəri Azərbaycan, 4.187 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I ixtisas qrupu üzrə ümumilikdə 18.903, …

Read More »

Sabah 83 min məzun üçün son zəng çalınacaq

001-14.06.2017-21528874495

Sabah Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçiriləcək. Son zənglə bağlı Təhsil Nazirliyi hansı gücləndirici, nəzarətedici tədbirlər görür? Xüsusi tədbirlər olacaqmı? Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görüləcək: “Ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri …

Read More »

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” – ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə

35066210_1940036052707774_8308878945831354368_n

5 il bundan öncə 667 balla Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş Camal Əhmədov Ali Məktəbi uğurla bitirərək ABŞ-ın Luiziana Universitetinin də eyni adlı ixtisasının magistratura pilləsinə ödənişsiz, həmçinin yüksək təqaüdlə qəbul alıb.  Camalla olan müsahibəni təqdim edirik. –  Camal, bilirik ki, BANM-a daxil olub orada oxuya bilmək bir tələbə üçün böyük uğur sayılır. Siz isə …

Read More »

Bakı Slavyan Universitetində imtahan sessiyasının monitorinqi aparılıb

IMG_9154

İyunun 12-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri, təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Maqsud Dadaşov, …

Read More »

Bakı Ali Neft Məktəbinə virtual səyahət edin – 360° virtual gəzinti

35077789_1938746396170073_8765349800922054656_n

Öz fəaliyyətində yenilikləri və son nailiyyətləri tətbiq etməklə daim gündəmdə olan Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb. Belə ki, Ali Məktəbdə onun 360 dərəcə virtual turunun təqdimat mərasimi keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və administrativ kollektivi iştirak ediblər. Rektor  Elmar Qasımov Ali Məktəbin dünya standartlarına cavab verən kampusunun və burada yaradılmış …

Read More »

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

35069596_1937674436277269_9090806299305705472_n

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır. “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif …

Read More »

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

35079405_1937656302945749_5199532084787412992_n

Bakı Ali Neft Məktəbində (BANM) 2018-ci ilin sentyabr ayından başlayaraq  “Biznesin idarə edilməsi” (MBA – Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək. Bu məqsədlə hazırda Ali Məktəbə MBA ixtisası üzrə qəbul davam edir. BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə …

Read More »

“Məqsədimiz tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə nail olmaqdır”- BSU-nun rektoru

esas imtahan

Bakı Slavyan Universitetində 2017-2018-ci tədris ili üzrə yaz-yay imtahan sessiyasının ilk on günü artıq arxada qalmışdır. “Bilik yeganə meyardır” şüarı altında keçirilən imtahanlarda şəffaflığın, ədalətin, obyektivliyin təmin edilməsi üçün bütün lazımi şəraitlər yaradılıb. Gün ərzində imtahan qərargahı, dekanlıqlarda münaqişə komissiyaları fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələrin şikayətlərinə hər bir instansiyada operativ şəkildə baxılır. BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin …

Read More »