A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Aprel 2018

BANM-da Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirildi

banm telebe

30 aprel 2018-ci il Bakı Ali Neft Məktəbində (BANM) Tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika elmi-texniki konfransının açılışı oldu. Konfransda BANM-ın rektoru Elmar Qasımov,  SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov, münsiflər heyətinin üzvləri kimi digər ali təhsil müəssisələrindən olan nümayəndələr, BANM-ın professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən …

Read More »

Dəniz Akademiyasının tələbələri “AXDG” QSC-də təcrübə keçiblər

adda

Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri Ramal Səmədzadə, Cəmilə Məmmədova, Fərhad Məmmədli və Məqsəd Xəlilzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təcrübə keçiblər. 16 fevral – 26 aprel tarixlərini əhatə edən təcrübə müddətində tələbələr “AXDG” QSC-nin İstismar-kommersiya departamenti və Strateji inkişaf və investisiya layihələri departamentinin peşəkar kadrlarının təcrübələrindən bəhrələniblər. Tələbələr təcrübə zamanı tədrisdə, dərsdə qazandıqları bilikləri iş prosesində tətbiq etməyi, …

Read More »

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

adnsu neft

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə əklil qoyulub. Terror qurbanlarının xatirəsini dərin ehtiramla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər. ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu dəhşətli hadisənin …

Read More »

BSU-da akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

IMG_7731

27 aprel 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının BSU ilə birgə təşkil etdiyi akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş “Milli-mənəvi tariximizin örnəyi” adlı tədbir keçirilib. Tədbirdə YAP  Qadınlar Şurasının idarə heyətinin üzvləri, millət vəkilləri, təşkilat və müəssisə rəhbərləri, digər rəsmi şəxlər iştirak ediblər. Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik …

Read More »

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin alimləri qalib olublar

30859509_1888137934564253_2030894527_n

Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib. Bakı Dövlət Universitetinin kimya fakültəsinin alimləri “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi”nin qaliblərindən olublar. Belə ki, BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası I yerə layiq görülərək “İlin Patenti” …

Read More »

Azərbaycan Universiteti məzunlarına karyera dəstəyi göstərir

auu

Azərbaycan Universiteti Karyera Mərkəzi tərəfindən yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək,  onları iş dünyasına hazırlamaq, məzunların məşğulluq problemlərinin həll olunması məqsədilə təşkilati və maarifləndirmə tədbirləri həyata keçirilir, təlim və seminarlar, karyera günləri təşkil  olunur. Mərkəz eyni zamanda yerli iş bazarında mövcud vakansiyalar haqqında tələbə və məzunları məlumatlandırır və onları bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirərək iş …

Read More »

Bakı Biznes Universiteti EQAC layihəsinin qalibi oldu

biznes uni

24 aprel 2018-ci il tarixində Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa komisiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbəriyi, bu sahədə tanınmış elm xadimləri …

Read More »