A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Mart 2018

UTECA-da Startap düşərgəsi təşkil olunub

startup

Azərbaycan Texnologiya Universitetində (UTECA) Sosial İnnovasiya Laboratoriyasının birgə təşkilatçılığı ilə Startap düşərgəsi keçirilib. Düşərgədə UTECA ilə yanaşı Gəncə Dövlət Universiteti (GDU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ümumilikdə 23 tələbəsi iştirak edib. 2 gün davam edən intensiv proqramda iştirakçılara müxtəlif metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikaları öyrədilib. Praktiki təlim proqramı ərzində iştirakçılar real …

Read More »

BMT-nin Proqram direktoru Bakı Ali Neft Məktəbində

banm bmt

Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır. Belə ki, BMT-nin dəstəyi və vasitəçiliyi ilə bir qrup xarici tələbənin BANM-da mühəndislik üzrə təhsil alacağı gözlənilir.  Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun  Proqram direktoru Aleksandr Mexia və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq …

Read More »

BSU-da Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsinə həsr edilmiş beynəlxalq tədbir keçirilib

bsu

Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı  beynəlxalq tədbir keçirilib. Tədbirdə Avstriya, Macarıstan, Türkmənistan, Serbiya, Xorvatiya, Misir, Yunanıstan, Litva, Niderland, Fələstin, Ruminiya, İsveç, Norveç, Polşa ölkələrinin  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, ABŞ, Rusiya, Yaponiya, Moldova ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Avropa İttifaqı, Avropa Şurası rəsmiləri iştirak ediblər. Qonaqlar əvvəlcə BSU-nun foyesində bayram …

Read More »

ADNSU sosial şəbəkələrdə “ağıllı çanta” ilə bağlı yayılan videoya aydınlıq gətirdi – RƏSMİ

adnsu

ADNSU tələbələri “ağıllı çanta”nı yeni funksiyalarla təkmilləşdiriblər Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı “ağıllı çanta” haqqında süjetin müzakirələrə səbəb olması ilə bağlı qeyd etmək istərdik ki, həmin çanta Çindən sifariş olunub. Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların …

Read More »

Kamal Abdulla Macarıstan səfiri ilə görüşüb

ADU_8467

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb. Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, …

Read More »

OPTEK şirkətinin nümayəndələri BDU-da

bdu

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov OPTEK şirkətinin Azərbaycan və MDB təmsilçisi, “Carl Zeiss” şirkətinin direktoru Mişel Hubensak, şirkətin Rusiya və MDB üzrə baş meneceri Maksim İqelnik və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyevanı qəbul edib. Rektor son illər Azərbaycanda prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, o cümlədən elm-təhsil sahəsindəki uğurlu layihələrdən bəhs edib. Bakı Dövlət …

Read More »

BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?!

banm 700 bal

Ötən il I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan ölkə üzrə 7 tələbə Bakı Ali Neft Məktəbini (BANM) seçərək BANM-ın tələbəsi adını qazandılar. Bu tələbələrin BANM-da necə oxuması və ilk imtahanlarının nəticələri hər kəs üçün maraq doğurub. Çünki Ali Məktəbdə təhsil almaq digər universitetlərə nisbətən daha çətindir. Qeyd edək təhsil sistemi Azərbaycanda olan digər ali təhsil müəssisələrindən fərqlənən BANM-da …

Read More »

Belə fakültələr eşitmişdiniz? Dünya universitetlərində tədris olunan 10 qəribə bölüm

ixtisas

Əslində ali təhsil çox böyük faktordur, bunu danmaq olmaz. Düzdür, tam razıyam universitet bitirib əlində qırmızı diplomla gəzən milyonlarla işsiz var. Lakin bu səbəb ali təhsilin önəmsiz rol oynadığı ilə birbaşa əlaqəli deyil. Yəni sözüm ondadır ki,  təhsil almaq hər sahədə  əsas  məsələdir. İş belə olunca dünyanın bir sıra universitetləri qəribə tədris bölümləri ilə tələbələri cəlb etməyə çalışır, yəqin razılaşarsınız …

Read More »

Almaniyalı alimlər AzTU-da

aztu

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. Azərbaycanda son illər həyata keçirilən tədbirlərə, elmin, mədəniyyətin və bununla paralel olaraq sənayenin, iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlara diqqət çəkən Xalıq Yahudov bildirib ki, ölkəmiz müasir …

Read More »

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

asif_haciyev_erciyes

Azərbaycan Universitetinin professoru Asif Hacıyev 5-8 mart tarixlərində Türkiyənin Erciyəs Universiteti rektorluğunun dəvəti ilə Kayseri şəhərində ezamiyyətdə olub. Universitetinin Rus dili ve ədəbiyyatı kafedrasının təşəbbüsü və təşkilatçılığı, Ədəbiyyat və İlahiyyat fakültələrinin iştirakı, rektorluğun dəstəyi ilə baş tutan səfərin məqsədi Universitetin müəllim-tələbə heyəti üçün Asif Hacıyev tərəfindən “Rus ədəbiyyatında Qurani Kərim” və “Çağdaş Azərbaycan və Rus ədəbiyyatı” mövzularında mühazirələrin aparılması  olub. …

Read More »