A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Mart 2018

Dövlət İmtahan Mərkəzi: Martın 18-də 36 mindən çox şagird imtahan verəcək

4094454661516692375

Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. Həmin gün ümumilikdə 36 min 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış …

Read More »

Romada oxuyan azərbaycanlı tələbə – “Bizdə bu sistem tətbiq olunsa, universitetlər boş qalar”

italiya

Əcnəbi ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, xaricdə bakalavr və magistr təhsili alan və almaq istəyən tələbələrin sayı durmadan artır. AzEDU.az həmin tələbələrin  hansı şərtlərlə və hansı şəraitdə təhsil almaları və üzləşdikləri çətinliklər barədə məlumat almaq məqsədilə xaricdə təhsil alan tələbələrlə müsahibələrə start verir. İlk müsahibimiz İtaliyanın Roma Sapienza Universitetinin …

Read More »

Azərbaycan Texniki Universitetinin bir neçə tələbəsi “PD&MS Eneergy” şirkətinə göndəriləcək

texniki

Martın 15-də Böyük Britaniyanın “PD&MS Eneergy” şirkətinin nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovla görüşüblər. AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “PD&MS Eneergy” şirkəti haqqında ətraflı məlumat verib. “PD&MS Eneergy” şirkətinin Azərbaycan üzrə ofisinin meneceri Kevin Peake qeyd edib ki, şirkətdə işçilər dizayn, tikinti, sertifikatlaşdırma ilə bağlı mühəndis vəzifələrini yerinə yetirirlər. Əsasən boru, konstruksiya və elektrik üzrə mühəndis kadrlara …

Read More »

ADA Universitetində Bahar Gənclik festivalı keçirildi

ada

Martın 15-də “ADA” Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VI Bahar Gənclik Festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə “ADA” Universitetinin rektoru Hafiz Paşayev, universitetin tələbələri və müəllimləri, eləcə də “Coca-Cola“ şirkətinin əməkdaşları Dədə Qorqud parkında şam ağacları əkiblər. Bu aksiya “Coca-Cola” Fondu, “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin …

Read More »

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

azeuni

Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri müəyyənləşib. Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Əlirza Orucov “Təmiz ada” mövzusunda elmi işi ilə birinci yerə layiq görülüb. ADNSU-nun magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq …

Read More »

UNEC-də Novruz mühazirələri: “Sahibkarlar təhsildə yeni standartların müzakirəsinə cəlb edilməlidir”

novruz muhazire

UNEC-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  ilə birgə Novruz mühazirələri çərçivəsində elmi-praktiki konfrans keçirilib. “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusuna həsr olunan elmi-praktiki konfransda UNEC-in professor-müəllim heyəti ilə birlikdə ölkənin aparıcı biznes qurumlarının rəhbər və nümayəndələri iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının …

Read More »

Azərbaycan Universitetinin müəllimləri Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetində

azeuni

“Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsinin növbəti təlim və seminarları Avstriyanın Viyana Tətbiqi Elimlər Universitetində keçirilib. Təlim və seminarlarda Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Elçin Cəfərov və Xarici dillər kafedrasının müəllimi Gülçöhrə Qədirova təmsil edib.

Read More »

AzMİU Almaniyanın Brandenburq Texniki Universiteti ilə Əməkdaşlıq Memorandumu imzalayıb

azmiu

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) alimlərindən ibarət nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Almaniyalı qonaqlar əvvəlcə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev, Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının …

Read More »

BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində

bsu kitab

Bakı Slavyan Universiteti (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi “Barış körpüsü” adlı kitabı nəşr olunub. Müəllifin “Barış körpüsü” adlı kitabında ünlü türk sənətçisi Barış Mançonun Azərbaycanda olarkən bir çox görüşləri, müsahibələri, nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb. Martın 8-də iki günlük İstanbula işgüzar …

Read More »

Harvard Qərbi Kaspi Universitetinin professorunun çıxışlarını yayımlayıb

qerbi kaspi

ABŞ-ın Harvard Universiteti Qərbi Kaspi Universitetinin (Western Caspian University) professoru Vəsilə Hacıyevanın siyasi elmlər və fəlsəfə üzrə dünya konqreslərindəki çıxışlarını özünün akademik arxivinə daxil edərək yayımlayıb. https://dash.harvard.edu/handle/1/34391775, https://dash.harvard.edu/handle/1/32211559 Məlumat üçün bildirək ki, bu arxiv Harvard kitabxanasının müasir elektron elmi bazasıdır və Harvardın professor və tədqiqatçılarının mötəbər beynəlxalq akademik rəyçilər tərəfindən təsdiqlənmiş elmi işlərini toplayır. Eyni zamanda universitet bu materialları əlçatan …

Read More »