A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Mart 2018

SDU ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında anlaşma memorandumu imzalandı

sdu

Martın 29-da Sumqayıt Dövlət Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında Azərbaycan Respublikasında biznes mühitinin inkişaf etdirilməsi, ölkənin elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi inkişafına dəstək göstərilməsi məqsədilə anlaşma memorandumu imzalandı. Sənədi SDU-nun rektoru professor Elxan Hüseynov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov imzaladılar. Memorandumda universitet …

Read More »

Türkiyənin Alanya şəhərində AXC-nin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

RAFİQ 1

Bu günlərdə Türkiyənin Alanya şəhərində Alanya Əlaəddin Keyqubad Universiteti və  Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda respublikamızı Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, BSU-nun jurnalistika kafedrasının professoru Etibar Babayev, diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə …

Read More »

BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir

banm banm

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur G.U.N.T Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru cənab Heiko Lentfer ilə görüşüb. Görüşdə həmçinin Caspian Lab şirkətinin Təchizat meneceri  Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı rektor Elmar Qasımov G.U.N.T şirkətilə əməkdaşlıqdan razı olduğunu və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz …

Read More »

BDU-nun Jurnalistika fakultəsində elmi praktiki konfrans

bdu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçılarını salamlayan elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfransın …

Read More »

Ən böyük tələbə yataqxanası istifadəyə veriləcək

02-28.03.18-1

Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. Ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin …

Read More »

AzTU-da “Kəsirsiz təhsil” şüarı altında yarışmaya start verildi

aztu

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsində “Kəsirsiz təhsil” şüarı altında yarışma başladılıb. Bununla əlaqədar “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı, dosent Ramiz Hüseynov bütün qrupların qrup nümayəndələri, əlaçı tələbələri və fakültənin idarəetmə heyəti ilə görüşüb. Görüşdə əvvəlcə “Xüsusi texnika və texnologiya” fakültəsində təhsil alan tələbələrin Qış imtahan sessiyasında göstərdiyi müvəffəqiyyətdən danışılıb. Bununla yanaşı çatışmazlıqlar, kəsiri olan tələbələrin …

Read More »

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

aqrar

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin bütövlükdə aqrar təhsilə olan qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi üçün yüksək səviyyəli layihələrdən olan Tələbə evlərinin istifadəyə …

Read More »

BANM-ın daha bir tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

banm

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq müəllifi olduğu “Mühəndislərlə gələn gələcək”  adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib. Layihənin müəllifi, Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Anar Bədəlbəyli qeyd edib ki, bu layihənin əsas məqsədi gənclərdə mühəndislik sahəsinə, xüsusilə Neft-qaz …

Read More »

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir

qerb

Ardıcıl olaraq məzunlarını müxtəlif vakansiyalara yönəldən Qərbi Kaspi Universiteti tələbələrini işə götürməklə onların məşğulluq problemini həll edir. AZƏRTAC xəbər verir ki, hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir. Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, …

Read More »

Kolumbia Universitetinin professoru BMU-da seminar verəcək

bmu

Dünya təhsil sisteminə inteqarsiya, eləcədə təhsildə yeni yanaşmaların tətbiqinə əhəmiyyət verən Bakı Mühəndislik Universiteti (BMU) növbəti seminara ev sahibliyi edəcək. Belə ki, martın 30-da “Təhsil və sosial mobillik” adlı seminar BMU-da keçiriləcək. Seminar ABŞ-da (Nyu York şəhərində) fəaliyyət göstərən Kolumbia Universitetinin professoru və sosial elmlər üzrə elmi tədqiqatçısı Amra Sabic-El Rayess`in təqdimatında baş tutacaq. Seminar professor-müəllim heyəti və tələbələr üçün …

Read More »