A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Yanvar 2018

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

27157524_1788741807837200_451739022_n

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Western Caspian University (Qərbi Kaspi Universiteti) qiymətləndirmənin obyektivliyi, dünyanın bəzi nüfuzlu universitetlərində uğurla sınaqdan çıxmış imtahan modelləri ilə diqqət çəkir. Qərbi Kaspi Universitetində mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modelləri – “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar tətbiq olunur. …

Read More »

ATU həkimləri 20 ildir xəstəni narahat edən problemi aradan qaldırıblar

27400256_1788741144503933_1412025028_n

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər daha bir uğurlu əməliyyat icra ediblər. Lakin ən maraqlısı odur ki, məhz ATU əməkdaşlarının sayəsində düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub. Bu maraqlı hal haqqında ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professor, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov məlumat verib. Pofessor M.Kərimovun …

Read More »

Rusiyalı tələbələr AzMİU-nun “Qış məktəbi”ndə oxuyacaqlar

27043154_1788740724503975_1185884402_n

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tədris ilində əcnəbi tələbələrin “Qış Məktəbi” layihəsini yenidən həyata keçirir. Bu il Rusiyanın Tambov, Voronej və Kuban Dövlət Universitetinin 42 tələbəsi layihədə iştirak etmək hüququ qazanıb. Fevralın 5-dən 22-nə qədər davam edəcək “Qış Məktəbi”ndə tələbələr 3 qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər. İxtisas dərslərində rusiyalı tələbələrə Memarlıq fakültəsinin müəllimləri əsasən …

Read More »

ATU əməkdaşı London xəstəxanasında işləyib

27157335_1787996444578403_1332466100_n

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları tibb sahəsində bilik və praktiki bacarıqların artırılması üçün daim müxtəlif kurslarda iştirak edirlər. Çox hallarda ATU işçiləri xarici ölkələrdə keçirilən təlimlərə qatılrılar. ATU-nun I cərrahi xəstəiklər kafedrasının əməkdaşı Esmira Əhmədova növbəti belə proqramda uğurla iştirak edib. O, Avropa Koloproktoloqlar Cəmiyyətinin təşkil etdiyi 6 aylıq təkmilləşdirmə kursunu bitirib. E.Əhmədovanın sözlərinə görə, o, kursa müsabiqə yolu ilə …

Read More »

UNEC-in Zaqatala filialının imtahanlarda ən yüksək nəticə göstərən tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

25630404_1787666671278047_1314120414_n

Rektor, professor Ədalət Muradov UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb. Rektor UNEC-də tətbiq edilən Elektron Universitet modelinin üstünlüklərindən danışaraq, qısa zamanda filialda da bu sistemin reallaşdırılacağını bildirib. İmtahanlarda operativlik, şəffaflıq və obyektivliyin təmin olunması məqsədilə tələbələrin mərkəzləşdirilimiş qaydada test üsulu ilə imtahan verməsi üçün bütün şəraitin yaradılacağını qeyd edib. Ə.Muradov tələbələrə UNEC-də uğurla tətbiq olunan UDİD proqramı barədə də məlumat verib. …

Read More »

ADAU-nun tələbələri Türkiyədə təcrübədədir

27072592_1654343981325217_5954902729937301997_n

Kənd təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Selçuk Üniversitesi arasında bağlanan müqaviləyə əsasən Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin baytarlıq ixtisası üzrə 5 ci kurs tələbələri Elvin Suleymanov və Şahmar Ismayılov adı çəkilən universitetdə təcrübələrini davam etdirir. Elvin Suleymanov bildirib ki, Universitetdəki klinika 4 bölməyə ayrılır: Cərrahiyə, Mamalıq, Ginekologiya və İç xəstəlikləri. Biz bu bölmələrin hər birində dərs aldıq …

Read More »

BSU-da İctimai Etimad Şurası yaradılıb

big_1516790504_bsu111

24 yanvar 2018-ci ildə Bakı Slavyan Universitetində ilboyu və imtahan sessiyaları dövründə biliyin obyektiv qiymətləndirilməsi, tələbə və valideynlərin müraciətlərinə münasibətdə şəffaflığın, ədalətin təmin edilməsi məqsədilə İctimai Etimad Şurası yaradılmışdır.  Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov  şuranın koordinatoru seçilmişdir. Trend  Informasiya Agentliyinin Baş Direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Respublika Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, Milli Məclisin deputatı, əməkdar jurnalist …

Read More »

UTECA-da startaplar mövzusunda vebinar keçirilib

27157776_1786596428051738_1948609474_n

Azərbaycan Texnologiya Universitetində (UTECA) fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin startap qrupları üçün vebinar təşkil olunub. Barama Bakı ofisinin layihə koordinatorları Fidan Tofidi və İradə Məmmədova gənc startapçılara onlayn olaraq yeni biznes ideyalarının hazırlanması, təqdimatı və reallaşdırılmasına dair faydalı məsləhətlər veriblər. Vebinarda həmçinin region gənclərinə UTECA-da fəaliyyət göstərən Barama ofisinin imkanlarından yararlanmaq tövsiyə olunub.

Read More »

BMU komandası finala vəsiqə qazanıb

27157876_1786599898051391_1767707589_n

Bakı Mühəndislik Universitetinin tələbələri “İSBAK Yazılım Maratonu 18″ beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına vəsiqə qazanıb. Bakı Mühəndislik Universitetinin Kompüter Mühəndisliyi və İT İdarəetmə ixtisaslarında təhsil alan tələbələrdən ibarət Ejdaxas (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası 19-21 yanvar 2018-ci il tarixlərində online keçirilmiş “İSBAK Yazılım Maratonu 18″ beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində 415 …

Read More »

Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır

27152931_1786557634722284_1319583602_n

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyinin Biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktor müavini Rəşad Məmmədov və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb. Rektor görüş zamanı qonaqlara Ali Məktəbin fəaliyyəti, tələbələri, onların yüksək statistik göstəriciləri haqda məlumatlandırıb və BANM-ın neft sektorunda əməkdaşlıq etdiyi şirkətlər və onlarla əməkdaşlıq istiqamətlərindən danışıb. …

Read More »