A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Monthly Archives: Yanvar 2018

ADNSU-nun rektoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

adnsu 22

Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşüb. Görüşdə iki ölkənin dostluq və əməkdaşlıq əlaqələri, xüsusən də təhsil sahəsindəki qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı ali məktəb olaraq əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq …

Read More »

ADU ilə Kiyev Milli Linqvistik Universiteti arasında müqavilə imzalanıb

adu

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən ADU yanvarın 30-da Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə də “Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” müqavilə imzalayıb. İki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlığı, qabaqcıl təcrübənin tədris prosesində tətbiqini, akademik, elmi və mədəni əlaqələrin …

Read More »

Tədris Cərrahiyyə Klinikasında cinsi inkişafdan geri qalan 18 yaşlı qızın müalicəsi müsbət nəticə verib

tibb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında cinsi inkişafdan geri qalan gənc qız üzərində həyata keçirilən müalicə müsbət nəticə verib. Klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, t.e.n. Natəvan Axundovanın sözlərinə görə, 18 yaşı olmasına baxmayaraq, qızda hələ menstruasiya başlamayıb. Boyu Boy 1,58 m, çəki 40 kq olan xəstə üzərində laborator, instrumental müayinələr aparılıb: “Qızın qoltuqaltı və qasıq nahiyələrində tüklənmə yox imiş, …

Read More »

AzMİU İngiltərənin tanınmış şirkəti ilə əməkdaşlıq edir

azmiu

Bu gün AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İngiltərənin “PD&MS Group” şirkətinin Azərbaycan üzrə meneceri Kevin Peake və şirkət nümayəndələrini qəbul edib. Görüşdə universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova da iştirak edib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. “Neft və qaz qurğularının mühəndisliyi” ixtisası üzrə universitetlə şirkət arasında əməkdaşlığın formaları, tədris planı üzərində birgə dəyişikliklərin aparılması, …

Read More »

UNEC-də doktorantura təhsilində elmi rəhbərlik: mövcud vəziyyət və təkmilləşdirilməsi yolları

27591335_1794208557290525_445652652_n

Fransanın Montpellier Universitetinin nümayəndələri Avropa Birliyinin “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” layihəsi çərçivəsində UNEC-də olublar. Səfər çərçivəsində Montpellier Universitetinin prorektoru, professor Francois Henn UNEC-in professor-müəllim heyəti ilə görüşüb. UNEC-də olmaqdan məmnunluğunu ifadə edən qonaq bu universitetlə əməkdaşlığı yüksək qiymətləndirib. UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşmasının əhəmiyyətindən danışan F.Henn proqramın …

Read More »

Sabahdan tələbə köçürülmələrinə başlanılır

tehsil-nazirliyi-bina

Sabahdan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 1-dən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək …

Read More »

Petronas BANM-ın üç tələbəsini Malayziyada oxutduracaq

27583399_1794100513967996_1058581618_n

Bakı Ali Neft Məktəbində (BANM) Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin İnsan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva tələbələrlə görüş keçirib. Görüşdə Ali Məktəbin birinci və ikinci kurs tələbələri iştirak ediblər. Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən “Petronas” şirkətinin BANM ilə genişlənməkdə olan əməkdaşlığından danışıb, …

Read More »

BSU rektoru hər iki korpusda tələbələrlə görüşdü

27497660_1793187024059345_563002930_n

BSU rektoru hər iki korpusda tələbələrlə görüşdü Bakı Slavyan Universitetində artıq imtahan sessiyası başa çatmaqdadır. Tələbələri həyəcanlı günləri, yuxusuz gecələri sona yetməkdədir. İmtahanların şəffaflığının, qiymətləndirilmənin obyektivliyinin təmin edilməsi məqsədi ilə universitetdə yaradılmış Operativ qərargah artıq işini yekunlaşdırmaq üzrədir. Tələbələrin böyük əksəriyyəti sessiya boyunca qiymətləndirmədə biliyin yeganə meyar olduğunu, imtahanların ədalətlə keçirildiyini, şikayətlərə vaxtında və obyektiv baxıldığını etiraf edirlər. Dünən BSU-nun …

Read More »

Dünya nəhəngi “IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

27583180_1793068664071181_772930562_n

Kompüter texnologiyaları sahəsində dünya lideri olan “IBM” şirkəti Bakı Ali Neft Məktəbilə (BANM) əməkdaşlıq edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrəyə işgüzar səfərində, Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb və cənab Prezident  “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. “IBM” şirkəti həmçinin SOCAR ilə ən müasir texnologiyalardan …

Read More »

UTECA-nın “Barama” mərkəzində baş ofislə virtual dialoq qurulub

27400057_1792230647488316_673916878_n

Azərbaycan Texnologiya Universitetində (UTECA) ölkənin aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və sahibkarlıq mərkəzi ilə virtual dialoq təşkil olunub. Əvvəlcə UTECA-nın Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin dirketoru Fədai Əfəndiyev görüşün təşkilinin məqsədi haqda danışıb. Sonra mərkəzin layihə koordinatorları Fidan Tofidi və İradə Məmmədova tələbələrə müzakirə mövzusu barədə məlumat veriblər. Tədbirdə “Barama”nın UTECA-da fəaliyyət göstərən Gəncə regional ofisinə …

Read More »