A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Universitetlər

Bakı Ali Neft Məktəbinin tələbələri Baker Huges-da fəaliyyətə başlayır

banm

Bakı Ali Neft Məktəbi (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes şirkətilə əməkdaşlığını genişləndirir. Bu münasibətlə BANM-ın rektoru Elmar Qasımov Baker Hughes şirkətinin Rusiya və Xəzər regionunun İnsan resursları üzrə direktoru Bağır Axundov, Azərbaycan və Gürcüstan üzrə İnsan resursları meneceri Sona Novruzova və Miqrasiya məsələləri üzrə meneceri Tural Əhmədovla görüşüb. Görüşdə rektor Elmar Qasımov Ali Məktəb və …

Read More »

BSU-da Slavyan yazısı və mədəniyyəti günü qeyd olunub

IMG_8154

Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) slavyan xalqlarının böyük maarifçiləri Kiril və Mefodinin xatirə gününə həsr olunmuş Slavyan yazısı və mədəniyyəti günü qeyd olunub. Tədbiri giriş sözü ilə açan Rusiya tədris-mədəniyyət mərkəzinin müdiri Gülnarə Novruzova hər il BSU-da Slavyan yazısı və mədəniyyəti gününün xüsusi qeyd olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bütün slavyan dünyasında yüzilliklərdən bəri qeyd olunan bu bayram …

Read More »

“ADA” Universiteti tələbə start-up layihələrini qiymətləndirib (FOTO)

ada_230518_01

“ADA” Universiteti tədris ilinə yekun vuraraq “ADA Innovation Awards 2018” mükafatının təqdimetmə mərasimini keçirib. Universitetdən Trend-ə verilən məlumata görə, mükafata 18 tələbə layihəsi namizəd olub. Layihələr dünya şöhrətli alim, ADA Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə münsiflər heyətinin mühakiməsinə verilib. Tələbələrin start-up layihələrini münsiflər heyətinin üzvü olan Universitetin Biznes İnstitutu və İT və Mühəndislik İnstitutunun müəllimləri ilə yanaşı, Barama, …

Read More »

AzMİU-nun əcnəbi tələbələrinin AXC-nin 100 illiyinə bayram töhfəsi

press reliz 2

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  100 illik yubileyi  münasibəti ilə tədbir keçirilib. AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdət Həsənov, Türkmənistanın ölkəmizdəki fövqəladə və …

Read More »

UNEC-in yeni tədris korpusu barədə açıqlama

unec

UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris korpusunun yenidən inşası nəzərdə tutulur. Mətbuatda yayılan yanlış informasiyaları nəzərə alaraq bildirmək istəyirik ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub. Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib. UNEC-də həyata keçirilən …

Read More »

“Həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum!” – 700 bal toplamış Vasif Əsədov

700 bal

Vasif, özünüzü daha yaxından tanıdın. Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var. Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz? Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım …

Read More »

UTECA tələbələri Şəmkir Aqroparkın Logistika Mərkəzində olub

pressss

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrindən ibarət  “Port of Baku” komandası tərtib edilmiş tədbirlər planına əsasən Şəmkir Agroparkın Logistika Mərkəzinə səfər ediblər. Müəssisənin fəaliyyəti haqqında geniş məlumat almaq imkanı qazanan tələbələrin bəzi suallarına yerində aydınlıq gətirilib. Əvvəlcə Logistika Mərkəzinin direktor müşaviri Aqşin Sadıxov müəssisə haqqında geniş məlumat verərək qeyd edib ki, Şəmkir Agropark sifarişçinin tədarük zəncirinin idarə edilməsində logistik əməliyyatlar rolunu …

Read More »

Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi

aztu

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələrini bundan sonra daha geniş sferada həyata keçirmək mümkün olacaq. Modern.az-ın məlumatına görə, AzTU-nun Elmi Şurasının qərarı ilə universitetin “Beynəlxalq Əlaqələr Şöbəsi” və “Xarici tələbələr üzrə dekanlıq”ın bazasında yeni struktur – “Beynəlxalq Əlaqələr Departamenti” yaradılıb. AzTU-nun Beynəlxalq Əlaqələr Departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – “Xarici …

Read More »

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

Banm Kitab 555

Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru,  Azərbaycan Respublikası  Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov,  Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə, kitabın müəllifi Kənan Yusifzadə və onun …

Read More »

BSU müəllimləri orta məktəblərdə görüş keçirib

IMG-20180522-WA0010[1]

Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq, Pedaqoji, Tərcümə fakültələrinin dekanları və qeyd edilən müəllim və tələbələri ixtisas seçimi layihəsi çərçivəsində Bakının Nərimanov rayonundakı 200 saylı Məktəb-Lisey Kompleksdə olublar. BSU nümayəndələri məktəbin Akt zalında 9-11-ci sinif şagirdləri ilə görüş keçirib, onlara universitetin tarixi, keçdiyi yol, onun beynəlxalq əlaqələri, tədris prosesi, universitetdə fəaliyyət göstərən fakültələr, mərkəzlər, tədris olunan ixtisaslar, şöbə və …

Read More »