A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Universitetlər

BANM tələbələri SOCAR Türkiyədə işləyəcək

socar turkiye

Bakı Ali Neft Məktəbi (BANM) SOCAR Türkiyənin rəhbər üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Qonaqların  Ali Məktəbə səfərinin əsas məqsədi BANM-ın sonuncu kurs tələbələrini SOCAR Türkiyə-nin Məzun Mühəndislik Proqramına, nisbətən aşağı kurs tələbələrinin isə Təcrübə İnkişaf Proqramına cəlb edilməsi olub. Bu münasibətlə Ali Məktəbdə SOCAR Türkiyənin İnsan Resursları departamentinin rəhbəri Dinar Məmmədova, STAR Neft Emalı Zavodunun İşlətmə departamentinin müdir müavini …

Read More »

DİM-in hazırlıq kursları fəaliyyətə başlayır

dovlet-imtahan-merkezi-dim

Aprelin 4-dən yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayacaq.   Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, Mərkəzdə yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ingilis dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən …

Read More »

UNEC-in bir günlük tələbələri – Mingəçevir “İstək” liseyinin şagirdləri

istek liseyi

“UNEC-də 1 gün” layihəsi regionun məktəblilərinin marağına səbəb olub. Mingəçevir “İstək” liseyinin 2-ci ixtisas qrupu üzrə təhsil alan 11-ci sinif şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər. Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verilən yeganə ali təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verilib. UNEC-in mübadilə və xüsusi təqaüd …

Read More »

AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub

aztu

Azərbaycan Texniki Universitetində (AzTU) 2016-cı ilin 2-5 aprel tarixlərində cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin ildönümü qeyd olunub. Ordumuzun yaxın tarixdəki zəfəri, cəbhənin Cəbrayıl və Tərtər rayonları istiqamətlərinə nəzarət etmə baxımından əlverişli yüksəkliklərin ələ keçirilməsi, həmçinin 2 min hektar ərazinin işğaldan azad edilməsini xarakterizə edən Aprel döyüşlərinin ildönümü ilə əlaqədar universitetin Şəhidlər abidə-kompleksi …

Read More »

BSU-da “Bakı Marafonu – 2018″lə bağlı görüş keçirilib

bsu marafon

Bu gün Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də təşkil olunacaq “Bakı Marafonu – 2018″lə bağlı görüş keçirilib. Tədbirin əvvəlində Marafon haqqında qısa video-çarx nümayiş olunub. Marofonun təşkilatçılarından olan Firdovsi Kərimov iştirakçılara Marafon yürüşünün yaranma tarixindən danışıb və bu yürüşün önəminə diqqət çəkib. O bildirib ki, “Küləyə qalibgəl” şüarı altında keçirilən “Bakı Marafonu” üçüncü ildir ardıcıl …

Read More »

Azərbaycan Universitetlərinə bu il qəbul imtahanları üçün müsabiqə şərtləri və keçid balları açıqlandı – DİQQƏT

4094454661516692375

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtləri açıqlanıb.   APA-nın xəbərinə görə, “Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir …

Read More »

Azərbaycan Universiteti şəhid məzununu unutmur

ŞƏHİD MƏZUNLARI UNUDULMUR

Azərbaycan Universiteti tərəfindən Aprel döyüşlərinin ikinci ildönümündə şəhid məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş kitabça nəşr olunub. Kitabçada şəhid haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı Universitetin magistratura tələbəsi Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” adlı şeir, həmçinin fotoları yerləşdirilib. Bu gün Universitet rəhbərliyi şəhidin yas mərasimində iştirak edib, həmçinin universitetdə onun xatirəsinə guşə yaradılıb.

Read More »

Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında – MEMORANDUM İMZALANDI

texnopark c

Qərbi Kaspi Universiteti Texnoparkı martın 30-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə keçirilən “Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” adlı tədbirdə iştirak edib. Tədbirdə ölkədə fəaliyyət göstərən texnoparklar, biznes-inkubasiya mərkəzləri və digər bu kimi müəssisələrinin əməkdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan memorandum imzalanıb. Görüşdə çıxış edən İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov bu sahədə görülmüş işlər barədə məlumat verib və əməkdaşlığın əhəmiyyətini …

Read More »

BSU əməkdaşları Quba Soyqırımı Memorial Kompleksinə yürüşdə iştirak edib

IMG_7462

Bakı Slavyan Universitetinin rektoru, professor  N.M.Əliyevanın təşəbbüsü ilə BSU-nun bir qrup əməkdaşı martın 31-də 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qeyd edək ki, tədbir dövlət başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunub. BSU Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi Elmi Şurasının Azərbaycanlıların …

Read More »

Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilib – YENİLƏNİB

4094454661516692375

Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanı keçirilib.   Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə …

Read More »