A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

təhsil nazirliyi

Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlanıb

dovlet-imtahan-merkezi-dim

2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli …

Read More »

Təhsil nazirinin yeni müavini kollektivə təqdim edildi

mehebbet11530516568

Təhsil nazirinin yeni müavini Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin kollektivinə təqdim olunub. Modern.az-ın məlumatına görə,  müvafiq sərəncamla bu vəzifəyə təyin olunan Məhəbbət Vəliyevanı kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib. Yeni nazir müavini ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Qeyd edək ki, M.Vəliyeva buna qədər  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Read More »

Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub”

ceyhun-bayreamovun-hesebat-tedbirince-chixishi

“Ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək …

Read More »

Sabah 65 minədək şagird buraxılış imtahanı verəcək

2-620x3691529475073

Dövlət İmtahan Mərkəzi iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Bu barədə Dövlət Imtahan Mərkəzindən Modern.az-a məlumat verilib. Bildirilib ki, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771). Bu imtahanda …

Read More »

Təhsil naziri Ceyhun Bayramov “Son zəng”lə əlaqədar məzunları təbrik etdi

ceyhun b

Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm! Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu …

Read More »

İmtahanda 60 bal toplayan müəllim: “İş yerimi dəyişəcəyəm”

34134746_1924516520926394_1828161093059477504_n

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir. Modern.az-ın məlumatına görə, 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. Eyni zamanda diaqnostik qiymətləndirmədə ən yüksək nəticəni göstərən gənc xanım 20.000 müəllimin arasında bu nəticəyə nail olub. O, riyaziyyat müəllimi olan Vəfa Babayevadır. Modern.az saytı gənc müəllimə …

Read More »

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

1491200647-5902

Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir.  “Qafqazinfo” xəbər verir ki,  bununla bağlı “Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik edilir. Maddənin 18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Əlavəyə əsasən isə, dövlət təhsil …

Read More »

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

ceyhun b

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib. AzEdu.az-ın məlumatına görə, C.Bayramov bununla bağlı əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin …

Read More »