A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Zöhrab Süleyman

Auditorlar Palatasının sədri UNEC tələbələri qarşısında

auditor palata

UNEC-də Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun iştirakı ilə elmi seminar keçirilib. “Elmi-tədqiqat ili” çərçivəsində keçirilən seminara “Mühasibat uçotu və audit” kafedrasının professor-müəllim heyəti, Maliyyə və mühasibat fakültəsinin tələbələri qatılıblar. Professor V.Novruzov “Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, dünya iqtisadiyyatında baş verən təlatümlərin iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin …

Read More »

Əlilliyi olan gənclər üçün əmək yarmarkasına dəvət

emek yarmarkasi

Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək. Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, eyni zamanda ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri …

Read More »

Qərbi Kaspi Universiteti məktəblilər arasında esse müsabiqəsi keçirib

essee

Qərbi Kaspi Universiteti bu ilin fevral ayında məktəblilər arasında elan etdiyi esse müsabiqəsinə yekun vurub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunmuş müsabiqəyə 100-dən artıq məktəbdən 300-ə yaxın məktəbli müraciət edib, onlardan 200-ə qədər esse müəllifinin yazısı müsabiqə şərtlərinə uyğun olduğu üçün ikinci mərhələyə buraxılıb.Universitetin filoloq müəllim və professor heyətindən ibarət münsiflər heyətinin qiymətləndirməsindən sonra ilk 3 …

Read More »

Azərbaycan Universitetində ECDL təlimlərinə qeydiyyat davam edir

azuni

Azərbaycan Universiteti ECDL Təlim və Test Mərkəzi tərəfindən beynəlxalq ECDL (European Computer Driving Lisence) sertifikatının təlimləri üçün qeydiyyat davam edir. Dərslər həftədə 2 dəfə və hər dərs 90 dəqiqə olmaqla təşkil olunacaq və aşağıdakı modullar üzrə aparılacaqdır. – Kompüterin əsasları – Onlayn biliklər – Mətn prosessoru – Elektron cədvəllər – Təqdimat Dərs müddəti 2 aydır. Təlimlər hər kəsə açıqdır və …

Read More »

BSU-da Ümummilli Liderə həsr olunmuş IX Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

15253335751697017367_1000x669

May 3-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana getmiş, Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın  məzarlarını ziyarət edərək onların abidələri önünə əklil və gül dəstələri qoyublar. BSU-nun Akt zalında baş tutan açılış mərasimi Azərbaycanın Dövlət …

Read More »

Müəllim və tələbə debatı – UNEC tarixində ilk

unec debat

UNEC-də müəllim-tələbə formatında debat keçirilib. İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkil etdiyi debat ilk dəfə olaraq müəllim və tələbələr arasında keçirilib. Debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Həsən Süleymanovun təqdimatında ölkədə təhsilin inkişaf problemləri, onun sosial və iqtisadi tərəfləri haqqında araşdırmaların nəticələri müzakirəyə çıxarılıb. Debatda təhsilin …

Read More »

UNEC Tədqiqat Fondunun prezidenti direktor təyin olunub

unec new

UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov Azərbaycan Vergilər Nazirliyinin tədris mərkəzinin direktoru vəzifəsinə təyin olunub. F.Əmirbəyov UNEC Tədqiqat Fondunun prezidenti vəzifəsində də çalışmağa davam edəcək. Qeyd edək ki, F.Əmirbəyov təhsil nazirinin müşaviri vəzifəsində çalışıb, Bakı Banklararası Valyuta Birjasının rəhbəri olub.

Read More »

BANM-da Tələbələrin Respublika elmi-texniki konfransı yekunlaşıb

konfrans banm yekun

Bakı Ali Neft Məktəbində (BANM) Tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı yekunlaşıb. 30 aprel – 2 may tarixlərində davam edən konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib ki, bunun 35-i BANM-ın tələbələrinə, qalanı isə konfransda iştirak edən 10-a yaxın müxtəlif universitetlərin tələbələrinə …

Read More »

BSU-nun rektoru xarici qonaqları qəbul edib

IMG_9913[1]

2 may 2018-ci il tarixində Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva  Çexiya Respublikasının Karl Universitetinin professoru İvana Bozdechovanı və  Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassi Univesitetinin təhsil marketinqi tədbirləri və akademik imic şöbəsinin əməkdaşı Alexandru Griqorası qəbul edib. N.Əliyeva qonaqları salamladıqdan sonra onların gəlişinin xoş bir dövrə – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə təsadüf etdiyini …

Read More »

BANM-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib

banm cumhuriyyet

Bakı Ali Neft Məktəbi (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə BANM-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayan kolleksiyaçı və jurnalist Dilqəm Əhməd iştirak edib. İştirakçıları ilk öncə, tədbirin  həyata keçməsində böyük əməyi olan BANM THİK-ın 1ci kurs Kimya mühəndisliyi fakültəsinin sədri Rəşad …

Read More »