A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Zöhrab Süleyman

Azərbaycan Universitetində Karyera Günü keçirilib

au 211

Bu gün Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib. Hər il may ayında Karyera Mərkəzi tərəfindən “Karyerada ilk addım” şüarı ilə təşkil olunan tədbirin məqsədi yuxarı kurs tələbələrinin və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir. Artıq dördüncü dəfədir ki, təşkil olunan tədbirdə müxtəlif profilli şirkət və müəssisələr, dövlət orqanları, ali təhsil müəssisələri iştirakçılara öz vakansiyalarını, təcrübə …

Read More »

Macarıstanın ölkəmizdəki səfiri ADAU-ya səfər edib

adau

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əlaqələrdə digər ölkələrlə yanaşı Macarıstanın aparıcı ali təhsil müəssisələri ilə də əməkdaşlığa geniş yer verir. Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU ilə Macarıstanın müvafiq …

Read More »

ADA Universitetində “açıq qapı” günləri keçiriləcək

ada

“ADA” Universiteti bakalavr proqramlarına sənəd verən abituriyentləri və onların valideynlərini “Açıq qapı” günlərinə dəvət edir. AzEdu.az xəbər verir ki, “Açıq qapı” günlərində “ADA” Universitetinin bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, qəbul şərtləri və gələcək iş imkanları barədə məlumat veriləcək. Hal-hazırda “ADA” Universitetində bakalavr proqramlarında təhsil alan tələbələr və professor heyəti tədbirdə iştirak edəcəklər. “Açıq qapı” günləri ixtisaslara görə aşağıdakı şəkildə bölünmüşdür: 1. “ADA-da mənim Biznes Təhsilim” …

Read More »

Sankt-Peterburq Dağ-mədən Universitetinin əməkdaşları ADNSU-da ixtisasartırma kursunda iştirak edirlər

adnsu

Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə ixtisasartırma kursunda iştirak edən Rusiyanın Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ilə görüşüb. ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetin tarixi, beynəlxalq əlaqələr, tədris prosesi, ixtisaslar, tanınmış məzunlar, Startap məktəbi və s. haqqında ətraflı məlumat verib. Azərbaycanda …

Read More »

Latviya səfiri Qərbi Kaspi Universitetində

latviya sefiri photo

Qərbi Kaspi Universitetinin ənənəvi “Səfir saat”ı layihəsinin budəfəki qonağı Latviya Respublikasının Azərbaycandaki səfiri Juris Maklakovs olub. Səfir tələbələr qarşısında mühazirə ilə çıxış edib. Universitetin rektoru Andris Leitas qonağa ali təhsil ocağı barədə məlumat verərək bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı …

Read More »

Hacettepe Universitetinin rektoru: “UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk”

hacettepe photo

Azərbaycanda səfərdə olan Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti UNEC-də olub. Hacettepe Universitetinin rektoru, professor Haluk Özenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov iki universitet arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Görüşdə hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları və çağdaş dünyada universitet təhsilinə dəyişən və artan tələblər istiqamətində fikir mübadiləsi aparılıb, dünya təhsil sisteminə inteqrasiya …

Read More »

Bu universitetimiz Cümhuriyyətlə bağlı örnək addım atdı

aztu

Azərbaycan Texniki  Universitetinin rəsmi saytında Azərbaycan Xalq Cümhuriyyətinin  yüzilliyi ilə əlaqədar “Cümhuriyyət 100” bölməsi yaradılıb. Bu barədə AzEdu.az-a ali təhsil müəssisəsinin mətbuat katibi Nicat Abdullayev məlumat verib. Onun sözlərinə görə bölməni yaratmaqda əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işləri onlayn sferada da genişləndirməkdir: “Bilirsiniz ki, prezident İlham Əliyev may ayında Cümhuriyyətin yüzilliyinin təntənəli təşkil edilməsi haqda tədbirlər planının hazırlanması …

Read More »

Qərbi Kaspi Universitetində elmi-praktik konfrans keçirilib

qerb universiteti

Qərbi  Kaspi  Universitetində Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci  ildönümünə həsr olunmuş tələbə Elmi-Praktik Respublika konfransı keçirilib. Konfransda Ümummilli lider Heydər Əliyev irsi və müasir Azərbaycan fəlsəfəsi, daxili və xarici siyasəti, milli-mənəvi dəyərlər, enerji strategiyası, elm, təhsil, mədəniyyət və digər mövzularında məruzələr dinlənilib. Konfransda BDU, ADPU, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt  Dövlət Universiteti, …

Read More »

BANM-ın tələbələri üçün SOCAR Karbamid zavodunda görüş keçirildi

banm new

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin SOCAR-ın Karbamid zavodunun rəhbərliyi ilə görüşü oldu. Ali Məktəbin “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 4-cü və 5-ci kurs tələbələri BANM-ın rektoru Elmar Qasımov, Karbamid zavodunun direktoru Xəyal Cəfərov və zavodun digər rəsmiləri, həmçinin Ali Məktəbin əməkdaşlarının da qatıldığı tədbirdə iştirak ediblər. Görüşdə Karbamid zavodunun direktoru Xəyal Cəfərov Ali Məktəbin kollektivi üçün zavod …

Read More »

Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub

cocuq mercanli

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. UNEC-in nümayəndə heyəti öncə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Filial kollektivi şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüb. Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova məktəblilərə UNEC-in Zaqatala filialı barədə ətraflı məlumat verərək, …

Read More »