A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Zöhrab Süleyman

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirildi

35281084_1941435459234500_5569388507673133056_n

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun – Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bu gün ölkəmizin qeyd etdiyi Milli Qurtuluş Gününün çox böyük tarixi olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi …

Read More »

Təhsil naziri Ceyhun Bayramov “Son zəng”lə əlaqədar məzunları təbrik etdi

ceyhun b

Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm! Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu …

Read More »

ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

5b20f965d6352

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetdə yay imtahan sessiyasının gedişatını izləyiblər. İctimai Etimad Şurasının üzvləri, millət vəkili Hikmət Babaoğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban və başqaları imtahan keçirilən auditoriyaları gəzib, imtahan prosesi ilə tanış olub, tələbələrin hazırlığı, imtahan üçün yaradılmış şərait barədə …

Read More »

Abituriyentlərin nəzərinə! – Qəbul imtahanlarına qeydiyyat başa çatır

sinaq

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün elektron qeydiyyat sabah başa çatacaq. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 51.225 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 47.038 nəfəri Azərbaycan, 4.187 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I ixtisas qrupu üzrə ümumilikdə 18.903, …

Read More »

Sabah 83 min məzun üçün son zəng çalınacaq

001-14.06.2017-21528874495

Sabah Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçiriləcək. Son zənglə bağlı Təhsil Nazirliyi hansı gücləndirici, nəzarətedici tədbirlər görür? Xüsusi tədbirlər olacaqmı? Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görüləcək: “Ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri …

Read More »

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” – ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə

35066210_1940036052707774_8308878945831354368_n

5 il bundan öncə 667 balla Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş Camal Əhmədov Ali Məktəbi uğurla bitirərək ABŞ-ın Luiziana Universitetinin də eyni adlı ixtisasının magistratura pilləsinə ödənişsiz, həmçinin yüksək təqaüdlə qəbul alıb.  Camalla olan müsahibəni təqdim edirik. –  Camal, bilirik ki, BANM-a daxil olub orada oxuya bilmək bir tələbə üçün böyük uğur sayılır. Siz isə …

Read More »

Bakı Slavyan Universitetində imtahan sessiyasının monitorinqi aparılıb

IMG_9154

İyunun 12-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri, təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Maqsud Dadaşov, …

Read More »

Bakı Ali Neft Məktəbinə virtual səyahət edin – 360° virtual gəzinti

35077789_1938746396170073_8765349800922054656_n

Öz fəaliyyətində yenilikləri və son nailiyyətləri tətbiq etməklə daim gündəmdə olan Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb. Belə ki, Ali Məktəbdə onun 360 dərəcə virtual turunun təqdimat mərasimi keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və administrativ kollektivi iştirak ediblər. Rektor  Elmar Qasımov Ali Məktəbin dünya standartlarına cavab verən kampusunun və burada yaradılmış …

Read More »

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

35069596_1937674436277269_9090806299305705472_n

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır. “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif …

Read More »